"Bornmut"dan "Tottenhem"ə keçə bilər

"Bornmut"un mərkəz müdafiəçisi Markos Senesi karyerasını "Tottenhem"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Matteo Moretto məlumat yayıb.

28 yaşlı futbolçunun dəyəri 22 milyon avrodur.

Qeyd edək ki, M.Senesi cari mövsüm meydana çıxdığı 27 matçda 4 asistlə yadda qalıb.