“Borussiya Dortmund” “Atletik Bilbao”nu qəbul edəcək

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunun matçları davam edir.

Sportline.az xəbər verir ki, "Borussiya Dortmund" "Siqnal İduna Park"da "Atletik Bilbao" ilə münasibətlərini aydınlaşdıracaq.

Almaniya təmsilçisində Aaron Anselmino, Emre Can və Julien Duranvil zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.

"Atletik Bilbao"da isə Unay Equiluz, Benat Prados, Mikel Vesqa və Aleks Berençeya baş məşqçi Ernesto Valverdenin sərəncamında olmayacaq.

Qeyd edək ki, "Borussiya Dortmund" - "Atletik Bilbao" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-də başlanacaq. 

Oyunu polşalı hakim Şimon Marçinyak idarə edəcək.