"Borussiya" Dortmund qvineyalı hücumçunu heyətinə qatıb
"Borussiya" Dortmund ötən mövsüm Bundesliqanın ən yaxşı ikinci bombardiri olan Seru Qirassini transfer edib.
Sportline.az Bild.com-a istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə müqavilə 2028-ci ilin iyununa qədər imzalanıb.
Qirassi ötən mövsüm "Şturqart"ın heyətində 28 oyunda 28 qol və 2 asistlə diqqət çəkmişdi.
Qeyd edək ki, 2022-ci ildən Qvineya millisinin formasını geyinən hücumçu ölkəsi ilə çıxdığı 18 oyunda 3 qol imza atıb.