"Borussiya" yarımfinalda
Almaniya kubokunda 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, günün maraqlı görüşlərindən biri Ştutqartda keçirilib. Yerli komanda Dortmund "Borussiya"sını qəbul edib.
Qonaqların təşəbbüsü ələ aldığı görüşdə meydan sahibləri rəqibin 3 qolundan 1-nə cavab verə biliblər. Dortmund təmsilçisi mübarizəni yarımfinalda davam etdirəcək.
09 fevral 2016
Almaniya kuboku, 1/4 final
“Ştuttqart” – “Borussiya” (Dortmund) – 1:3
Qollar: Roys, 5 (0:1), Rupp, 21 (1:1), Obameyanq, 31 (1:2), Mixtaryan, 89 (1:3)