Bosniyalı qapıçı "Araz-Naxçıvan"da
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib.
Klubdan Sportline.az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı Semir Bukviçlə anlaşıb.
32 yaşlı qolkiperlə 1 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, Semir Bukviç son olaraq ölkəsində “Sloboda Tuzla”nın formasını geyinib. Klub daha əvvəl legionerlərdən portuqaliyalı Nuno Migel və braziliyalı Vandersonla 1 illik sözləşmə imzalayıb.