Boven Londonun başqa klubuna keçə bilər
"Vest Hem Yunayted"in hücumçusu Carrod Boven "Tottenhem"in transfer siyahısında yer alır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "mahmızlar" bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
28 yaşlı sağ cinah vingeri bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Carrod Bovenin "Vest Hem Yunayted"lə sözləşməsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
 
 
                                     
                     
                 
                 
                 
                 
                