"Vest Hem" ulduzu ilə vidalaşır?
"Vest Hem Yunayted"in ingiltərəli futbolçusu Cerrod Boven gələn yay klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Tottenhem" 28 yaşlı sağ cinah vingerini heyətinə qatmaq istəyir.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, Bovenin dəyəri 40 milyon avrodur.