“Braqa” “Frayburq”a qarşı
UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilir.
Sportline.az xəbər verir ki, “Braqa” öz meydanında “Frayburq”la üz-üzə gələcək.
Portuqaliya təmsilçisi bu mərhələyə qədər “Ferentsvaroş” və “Real Betis” komandalarından üstün olmuşdu.
Almaniya klubu isə “Genk” və “Selta Viqo”nu mübarizədən kənarlaşdırıb.
Meydan sahiblərində əsas itki Adrian Barişiç və Sikou Niakatenin adı ilə bağlıdır.
Qonaqlarda isə Daniel-Kofi Kyereh, Maks Rozenfelder və Patrik Osterhaq baş məşqçi Yulian Şusterin sərəncamında olmayacaq.
Qeyd edək ki, saat 23:00-da başlanacaq matçı ingiltərəli hakim Entoni Teylor idarə edəcək.