"Braqa" "Nottingem"lə görüşə itkilərlə çıxacaq
UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turuna start verilir.
Sportline.az xəbər verir ki, "Braqa" doğma meydanda "Nottingem Forest"lə üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda Portuqaliya klubunda itkilərin çoxluğu diqqət çəkir.
Demir Tiknaz, Conatas Noro, Amin El Ouazzani, Sandro Vidiqal zədə, Rodriqo Zalazar isə cəza səbəbindən meydana çıxa bilməyəcək.
Şon Dayçın kollektivində isə Con Viktor və Kris Vuud zədədən əziyyət çəkir.
Qeyd edək ki, "Braqa" - "Nottingem" görüşünün start fiti Bakı vaxtı ilə saat 12-də səslənəcək. Oyunu xorvatiyalı hakim İqor Payaç idarə edəcək.