“Braqa” yeni transferini açıqlayıb

"Braqa" "Paris Sen-Jermen"in brazilyalı gənc futbolçusu Qabriyel Moskardonu icarə əsasında heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu haqda Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

Oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi ötən mövsümü "Reims"də icarə əsasında keçirib.