"Brayton" "Mançester Yunayted"dən 100 milyon avro tələb edir

"Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, "Brayton"un 21 yaşlı yarımmüdafiəçisi Karlos Baleba Mançester təmsilçisinin diqqət mərkəzindədir.

Bu haqda "Flash Score" məlumat yayıb.

"Brayton"un rəhbərliyi kamerunlu futbolçusu üçün qarşı tərəfdən 100 milyon avro tələb edir.

Qeyd edək ki, K.Balebanın klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

O, bu mövsüm 11 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.