"Brayton" xorvat klubuna güzəştə getmədi: "Loqonu dəyiş"

"Brayton" xorvat klubundan loqosunu dəyişməyi tələb edib.

Sportline.az xəbər verir ki, "Brayton" klubu Xorvatiyanın aşağı liqasında çıxış edən "NK Jadran Galeb" klubuna loqosunu dəyişdirməyi tələb edən məktub göndərib. 

"Brayton" bu vəziyyətdən, Xorvat klubunun bir üzvünün onların ofisinə gələrək iki klub arasındakı loqo oxşarlığını bildirdikdən və “simvolik dəstək olaraq avadanlıq formasında bir ianə” istədikdən sonra xəbər tutub. 

Qeyd edək ki, "NK Jadran Galeb" klubu "Brayton"dan 62 il balacadır. "Brayton" 1901, "Nk Jadran Galeb" isə 1963-cü ildə qurulub.