Braziliya Amerika kubokunda növbəti qələbəsini qazandı

Braziliya seçməsi Amerika Kubokunun qrup mərhələsində növbəti oyununa çıxıb. 

Sportline.az xəbər verir ki, "sambaçılar" Peru ilə görüşdə inamlı qələbə çalıblar.  4:0 hesabı ilə bitən oyunda qolları Aleks Sandro, Neymar, Everton Ribeyro və Rişarlison vurub.

Qrupun Kolumbiya - Venesuela görüşündə hesab açılmayıb.

Braziliya 6 xalla B qrupunun lideridir. Kolumbiya 4 xalla ikinci, Venesuela 1 xalla üçüncü pillədə qərarlaşıb. Ekvador və Peru milliləri hələ ki xal üzünə həsrətdir.