Brazilya klubu futbolçusunu “Arsenal”a satmayacaq

"Arsenal" "Vasko de Qama"nın futbolçusu Rayanı transfer etmək niyyətindədir.

Sportline.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, Brazilya klubunun rəhbərliyi 19 yaşlı oyunçusunu satmaq fikrində deyil.

Rayan cari mövsüm meydana çıxdığı 46 matçda 16 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, sözügedən futbolçunun "Vasko de Qama" ilə sözləşməsi 2026-cı ilin dekabr ayına qədərdir.