Brazilyalı futbolçu yuvasına qayıdır

"Tottenhem"in brazilyalı futbolçusu Rişarlison yenidən "Everton"da çıxış edəcək.

Sportline.az xəbər verir ki, bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.

27 yaşlı forvard üçün "Everton" 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rişarlison 2018-2022-ci illər ərzində Mersisayd klubunun şərəfini qoruyub.

O, cari mövsüm "Tottenhem"in heyətində 20 rəsmi matçda iştirak edib. Aktivində 5 qol 2 məhsuldar ötürmə var.