"Brentford" 50 milyon avro tələb edir

"Brentford" 21 yaşlı sağ cinah müdafiəçisi Maykl Kayode üçün 50 milyon avro tələb edir.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Nyukasl" 21 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kayodenin "Brentford"la sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.