"Brentford" klubunda yanvar ayında ayrılıq gözlənilir
"Brentford"un 24 yaşlı forvardı İqor Tiaqo yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa", "Nyukasl Yunayted" və "Tottenhem" Tiaqonun xidmətində maraqlıdır.
Brazilyalı hücumçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 7 qolla yadda qalıb.
Qeyd edək ki, sözügedən futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 22 milyon avrodur.
 
 
                                     
                     
                 
                 
                 
                 
                