"Brentford"u "Tottenhem"ə dəyişə bilər

"Brentford"un almaniyalı sol cinah vingeri Kevin Şeyd "Tottenhem"in transfer hədəfinə çevrilib.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, London klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.

23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, K.Şeydin "Brentford"la sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.