“Brentford”un forvardının elçiləri çoxalıb

“Brentford”un hücumçusu İqor Tiaqonu transfer etmək istəyən klubların siyahısı bəlli olub.

Sportline.az xəbər verir ki, “Aston Villa”, “Nyukasl Yunayted” və “Tottenhem” 24 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Bu haqda “Caught Offside” nəşri məlumat yayıb.

Qeyd edək ki, İ.Tiaqo cari mövsüm meydana çıxdığı 10 matçda rəqib qapılarından 7 top keçirib.