Breyk-dans olimpiada proqramına daxil edildi

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında təmsil olunacaq idman növlərinin siyahısını açıqlayıb.

Sportline.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsi saytında məlumat yayıb.

Fransa paytaxtında olimpiadalar tarixində ilk dəfə breyk-dans üzrə yarışma keçiriləcək. Parisdə həmçinin ilk dəfə "Tokio-2020" çərçivəsində keçirilən idman dırmanması, skeytbord və sörfinq yarışları da keçiriləcək.

Tokiodakı Olimpiya Oyunları çərçivəsində ilk dəfə keçirilən karate turnirləri isə artıq olimpiada proqramından çıxarılıb.

Qeyd edək ki, "Paris-2024" Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.