Brito vəfat edib
Braziliya millisinin və "Vasko da Qama"nın keçmiş müdafiəçisi Brito vəfat edib.
Sportline.az xəbər verir ki, bu haqda "Globo Esporte" məlumat yayıb. O, 86 yaşında dünyasını dəyişib.
Brito Braziliya milli komandasında 61 oyun keçirib və turnirin hər oyununda iştirak edərək 1970-ci il Dünya Kubokunun qalibi olub.
O, daha çox Vaskoda (1955-1959, 1960-1969) çıxışları ilə tanınır, lakin eyni zamanda "Flamenqo", "Kruzeyro", "Botafoqo", "Korintians", "Atletiko Paranaense" və digər komandalarda da oynayıb.