Bruno Fernandeş karyerası ilə bağlı qərar verib
"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş karyerası ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi komandadan ayrılmaq niyyətində deyil.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçunun Mançester klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.