Bruno Fernandeş yeni müqavilə imzalayacaq

"Mançester Yunayted" kapitanı Bruno Fernandeşlə yola davam etmək qərarına gəlib. 

Sportline.az xəbər verir ki, "mankunyanlar" portuqaliyalı futbolçuya yeni müqavilə təklif edəcək.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, B.Fernandeş cari mövsüm meydana çıxdığı 36 matçda 8 qol, 22 asistlə yadda qalıb.