Bruno Fernandeşin sərbəst qalma məbləği bəlli olub
"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeşin sərbəst qalma məbləği açıqlanıb.
Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, 31 yaşlı oyunçunun sərbəst qalma məbləği 60 milyon avrodur.
Səudiyyə Ərəbistanı klubları Bruno ilə yaxından maraqlanır.
Qeyd edək ki, sözügedən futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.