"Bu, Allahın işidir" - Dino Ndlovu

Çinin "Jejianq Qrintaun" klubuna keçən Dino Ndlovu "Qarabağ"a və azərbaycanlı azarkeşlərə təşəkkürünü bildirib. SportLine.az xəbər verir ki, futbolçu "Instagram" hesabındakı paylaşımında bunları yazıb:

"Qarabağ"a mənə özümü göstərmək üçün fürsət verdiyinə görə təşəkkür etmək istəyirəm. Qonaqpərvərliyə və mənə göstərilən hörmətə görə isə Azərbaycan xalqına minnətdaram. Amma, bu, Allahın işidir və bunu tək etmədim. Bu, həyatımda yeni səhifədir. Diqqətimi və bütün enerjimi "Jejianq Qrintaun"a yönəltmək istəyirəm".