Bu gün digər finalçının adı bilinəcək

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin 3-cü turunun oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, yeganə oyun Bakı İdman Sarayında olacaq.

Saat 13:30-da “Baku Fire” “Neftçi” İK ilə üz-üzə gələcək.  

Xatırladaq ki, bu komandalar ilk iki oyunda hərəyə 1 qələbə qazanıblar. Bu üzdən də üçüncü oyuna ehtiyac duyulub. Qalib gələn tərəf finala yüksələcək.

Digər yarımfinal görüşündə “Araz Naxçıvan” “Record”a bir oyunda qalib gəlib, ikinci oyun isə rəqib meydana çıxmadığı üçün baş tutmayıb. Bu üzdən də Naxçıvan təmsilçisi texniki qələbə sayəsində finala yüksələcək.

Yüksək Liqa

Pley-off-3

11 may

Baku Fire - Neftçi İK

Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Hikmət Qafarlı.

Hakim-inspektor: Ramiz Əsədov.

Bakı İdman Sarayı. Saat 13:30.