"Real" "Barsa"nı məğlub etdi
Bu gün futbolsevərlər növbəti "El-Klasiko"ya şahidlik edəcəklər. SportLine.az xəbər verir ki, əzəli rəqiblər - "Barselona" və "Real" bu dəfə İspaniya Superkuboku çərçivəsində münasibətləri aydınlaşdıracaq.
İki görüşdən ibarət Superkubok görüşünün ilk oyunu "Kamp Nou"da olacaq. Qarşılaşma Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Cavab görüşü avqustun 17-i "Santyaqo Bernabeu"da reallaşacaq.
Qeyd edək ki, Superkubok görüşünə "Barselona" "Kral kuboku"nun sahibi kimi, "Real" isə son çempion qismində çıxacaq.
13 avqust 2017
İspaniya Superkuboku, ilk oyun
"Barselona" - "Real" (Madrid) - 1:3
QOLLAR: Pike, 50/a.q. (0:1); Messi, 77/p. (1:1); Ronaldo, 80 (1:2); Asensio, 90 (1:3)