Bu gün Milan derbisi var

İtaliya A seriyasında 28-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçı bu günə təyin edilib.

Lider "İnter" öz meydanında əzəli rəqibi və 2-ci pillədə qərarlaşan "Milan"la qarşılaşacaq. Derbi matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

"İnter"in hazırda 67, "Milan"ın 57 xalı var.