Bu klub deyəsən lənətlənib...

Braziliyanın “Şapekoense” klubunun futbolçuları yünidən aviaqəza təhlükəsi yaşayıblar. Sportline.az xəbər verir ki, komandanın üzvlərinin də yer aldığı təyyarə ötən gün təcili eniş edib. Libertadores Kubokunun V turu çərçivəsində “Lanus” üzərində 2:1 hesablı qələbədən sonra Argentinadan geri dönən futbolçuların yer aldığı təyyarəni Şapeko hava limanı qəbul edə bilməyib və təyyarə Portu -  Aleqriyə təcili eniş etmək məcburiyyətində qalıb.

Təhlükəsizliklə əlaqədar “Şapekoense” futbolçuları doğma şəhərə avtobusla yola salınıblar. Xatırladaq ki, 2016-cı il noyabrın 29-da Cənubi Amerika Kubokunun final görüşü üçün səfərə yollanan “Şapekoense” klubu üzvlərinin də göyərtəsində olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri həlak olmuşdu.