Bu ölkədə də mövsümə start verildi

Daha bir ölkədə futbol mövsümünə start verilib.

Sportline.az xəbər verir ki, Farer adalarında milli çempionat başlayıb. İlk turun bütün oyunları ötən gün keçirilib.

“Torşavn” – “Steymur” – 1:0

“Runavik” – “Tvoroyvi” -3:1

“Skala İtrottarfelaq” – “Fuglafjordur” – 1:2

“Klaksivik” – “B36 Torşavn” – 0:2

“Argir” – “Vikinqur” – 0:0


Beləliklə, koronavirus pandemiyası dövründə Belarusdan sonra artıq Avropada daha bir ölkədə futbol həyacanı başlayıb.

Qeyd edək ki, yaz-payız sistemi ilə keçirilən Farer adaları çempionatı mart ayında başlamalı olsa da, koronavirus pandemiyasına görə təxirə salınmışdı.