Bu Qran-prilər təxirə salındı
MotoGP üzrə Britaniya və Avstraliya Qran-priləri ləğv edilib.
Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.
Hər iki yarış 2021-ci ildəki təqvimdə yer alacaq.
MotoGP tarixində ilk dəfə mövsümdə Britaniya Qran-prisi olmayacaq.
Qeyd edək ki, daha öncə koronavirusa görə Qətər, Almaniya, Niderland və Finlandiyadakı yarışlar ləğv edilib. Britaniyadakı yarış 28 - 30 avqust, Avstraliya Qran-prisi isə 23-25 oktyabrda keçirilməli idi.