"Bu yarış, həm böyük, həm də kiçik ölkələr üçün gözəl fürsətdir" - Didye Deşam

"Bizi maraqlı və bir-birindən gərgin oyunlar gözləyir. UEFA-nı belə bir yarış təşkil etməsi münasibətilə təbrik edirəm. Bu, həm böyük, həm də kiçik futbol ölkələri üçün gözəl fürsətdir". 

SportLine.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam Millətlər Liqası ilə bağlı fikirlərini bölüşərkən deyib. UEFA-nın rəsmi saytına danışan mütəxəssis rəqiblərini dəyərləndirib:

"Almaniya və Hollandiya kimi komandalarla mübarizə aparacağıq. Hər iki komanda Avropanın ən güclüləri sırasındadır. Son seçmə mərhələdə Hollandiya ilə qarşılaşmışıq. Yoldaşlıq görüşündə isə Almaniya ilə üzləşmişdik. Nəticələrimiz pis olmamışdı. Düşünürəm, yenə uğur qazana bilərik".