Bu yarış üçün 7.1 milyard avro ayrılacaq

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilinə təxminən 7,1 milyard avro xərclənəcək.

Sportline.az "BFM Business"ə istinadən xəbər verir ki, bu məbləğ köhnə idman obyektlərinin yaxşılaşdırılması və yenilərin tikintisi üçün nəzərdə tutulub.

Səlahiyyətli nümayəndələr 2016-cı ildə təqdim etdikləri planda məbləği 6,5 milyard avro göstəriblər. Müşahidəçilər rəqəmin arta biləcəyini istisna etmir.

Xərclərin müəyyən hissəsi özəl investisiyalar hesabına qarşılanacaq. Bunun 1,2 milyardı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ödəniləcək.

Paris Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda olacaq.