Bu yarışda çəki dərəcələri və iştirakçı sayı azaldıldı - Paris-2024

Paris-2024 Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışlarının çəki dərəcələri və iştirakçı sayı dəqiqləşib.

Sportlıne.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi qərar verib.

Yeni qərara əsasən idmançıların sayı xeyli azalıb. Parisdə cəmi 120 idmançı medallar uğrunda yarışacaq. Müqayisə çün bildirək ki, Rio-2016-da 260, Tokio-2020-də 196 ağırlıqqaldıran mübarizə aparmışdı. Həm kişilər, həm də qadınlar 5 çəkidə qüvvəsini sınayacaq. Digər 4 kateqoriya isə ləğv edilib.

Kişilər 61 kq, 73 kq, 89 kq, 102 kq və +102 kq çəkidə çempionu müəyyənləşdirəcək. Qadınlar isə 49 kq, 59 kq, 71 kq, 81 kq və +81 kq çəkidə mübarizə aparacaq.