Budaq Nəsirov 90 dəqiqə oynadı, komandası uduzdu
Portuqaliya II liqasında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq" B "Braqa" B komandasını qəbul edib.
B.Nəsirovun 90 dəqiqə meydanda olduğu görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, 21 oyundan sonra hesabında 25 xal “Sportinq B” 22 komanda arasında 13-cü pillədə qərarlaşıb.