Budaq Nəsirov "Braqa"ya qarşı oynadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası Portuqaliya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Braqa"nın əvəzedici komandası olub.

Qarşılaşmada hesab açılmayıb.

Zədədən yeni qayıdan B.Nəsirov meydana start heyətdə çıxıb və 67-ci dəqiqədə Covane Kabralla əvəzlənib.

Qeyd edək ki, "Sportinq" xalını 25-ə çatdırıb və turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.