Budaq Nəsirovun qayıdışı uğursuz alındı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası Portuqaliya Sequndasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Gimarayş" B kollektivi olub.
Qarşılaşma "Sportinq"in məğlubiyyəti ilə yekunlaşıb - 1:2.
Zədədən əziyyət çəkən B.Nəsirov uzun fasilədən sonra meydana qayıdıb. O, 63-cü dəqiqədə komanda yoldaşını əvəzləyib.
Qeyd edək ki, “Sportinq” hazırda 24 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.