Buffon üçün 16 saatlıq klip

"Yuventus"un canlı əfsanəsi Canluici Buffon "A Seriya"da qapısını ən uzun müddət toxunulmaz saxlayan qapıçı kimi tarixə düşüb. SportLine.az xəbər verir ki, Cici bu göstəricidə "Milan"ın qapıçısı Sebastiano Rossini arxada qoyub. 

973 dəqiqə qapısını toxunulmaz saxlayan Buffona klubu tərəfindən maraqlı hədiyyə hazırlanıb. "Yuventus" klubu 16 saat 13 dəqiqə 15 saniyəlik video kliplə Buffona təşəkkürünü bildirib. 

Həmin klipi diqqətinizə çatdırırıq. Səbriniz varsa, izləyin: