Buffondan bəd xəbər
“Yuventus”un qapıçısı Canluici Buffon zədələnib.
Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı qolkiperin belində problem yaranıb. Onun qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcəyi vurğulanıb. Buffonun nə vaxt sıraya dönəcəyi isə bəlli deyil.
Qeyd edək ki, Buffon bu mövsüm A Seriyasında 5 oyuna çıxıb.