Buffonun yeni klubu rəsmiləşdi

"Yuventus"la yolları ayrılan Canluici Buffonun "Parma"ya keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, 43 yaşlı qapıçının böyük futbolda ilk addımlarını atdığı klubla müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, Buffonun İtaliya çempionatında debütü 1995-ci ildə "Parma"da olub.  2001-ci ildə "Yuventus"a transfer olunan qolkiper  2018/2019 mövsümünü Fransa PSJ-sində keçirsə də, yenidən Turin klubuna qayıtmışdı.