Bukayo Saka Kostasdan üzr istəyib
"Arsenal"ın təcrübəli futbolçusu Bukayo Saka körpücük sümüyü sınan Kostas Tsimikasdan üzr istəyib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, gənc hücumçu "Liverpul"la görüş zamanı zədələnməsinə səbəb olduğu futbolçudan üzr istəyərək :"Dostum bilərək etmədim. Bütün gün ancaq sənin haqqında düşünüb, sadəcə dua etmişəm. Ümid edirəm ki, ciddi bir probelmin yoxdur və tz bir zamanda sağalarsan",-deyib.
Qeyd edək ki,"Liverpul" klubunun həkimləri Kostas Tsimikasın körpücük sümüyünün sındığını və uzun müddət yaşıl meydanlardan kənarda qalacağını bidliriblər.