Bundesliqa bu oyunla başlayacaq

Futbol üzrə Almaniya Bundesliqasının dəqiq bərpa vaxtı açıqlanıb. 

Sportline.az xəbər verir ki, Almaniya Futbol Liqası çempionatın mayın 16-da başlayacağını açıqlayıb. İlk oyun isə Dortmund "Borussiya" və "Şalke" arasındakı Rur derbisi olacaq. Çempionatın iyunun 30-da başa çatdırılması planlaşdırılıb. 

Qeyd edək ki, Bundesliqa martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.