Bundesliqa klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb

Almaniyanın "Leyptsiq" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Sportline.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, daha 6 nəfərin testi müsbət çıxıb.

Onlardan dördü futbolçu, biri məşqçi, digəri isə işçidir. Beləliklə, klubda infeksiya aşkarlanan şəxslərin sayı 9-a çatıb. Daha əvvəl baş məşqçi Cessi Marşın da koronavirusa yoluxduğu bəlli olub.

Qeyd edək ki, "Leyptsiq" Bundesliqanın XIII turunda noyabrın 28-də "Bayer" (Leverkuzen) komandasını qəbul edəcək.