Bundesliqanın bərpa tarixi açıqlandı

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası bərpa olunacaq.

Sportline.az xəbər verir ki, Almaniya Futbol Federasiyasının saytı bu barədə məlumat yayıb. Ölkənin baş naziri Angela Merkel mayın ortasından sonra Bundesliqa və II Bundesliqada oyunların davam etdirilməsinə icazə verib.

Almaniyada futbol çempionatı martın 13-də dayandırılmışdı.