Bundesliqanın taleyinə aydınlıq gətirilir

Almaniya Bundesliqasında 2019/20 mövsümünün taleyi gələn həftə müəyyənləşəcək.
 
Sportline.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel, Bundesliqa da daxil olmaqla, ölkədəki bütün idman tədbirlərinin aqibətinə, mayın 6-da aydınlıq gətiriləcəyini bildirib.
 
Video-konfrans formatında mətbuat konfransı keçirən ölkə rəhbəri, koronavirus pandemiyasına görə tətbiq olunan qadağaların yumşaldılması barədə danışarkən, idman tədbirlərinə də toxunub. O, yekun qərarı verərkən səhiyyə işçilərinin tövsiyələrinə uyğun davranacaqlarını bəyan edib. Kanslerin sözlərinə görə, mayın 6-da Almaniya rəhbərliyi yenidən bir araya gələcək. Məhz həmin gün idman camiəsini yaxından maraqlandıran qərarların da verilməsi gözlənilir.
 
Qeyd edək ki, Almaniya Bundesliqasında mövsümün sonuna 9 tur qalıb.