Bundesliqanın tam təqvimi

Almaniya Budesliqasında 2019/2020 mövsümünün qalan hissəsinin tam təqvimi açıqlanıb.

Sportline.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, liqanın XXXIII və XXXIV turunun oyunları müvafiq olaraq 20-27 iyun tarixlərində keçiriləcək və qarşılaşmalar eyni saatda - Bakı vaxtı ilə 17:30-da başlayacaq.

XXX tur 5-6-7 iyunda, XXXI tur 12-13-14 iyunda, XXXII tur isə 16-17 iyunda baş tutacaq.

Həmçinin XXIV turdan təxirə salınmış "Verder" - "Ayntraxt" matçının da vaxtı müəyyənləşib. Görüş iyunun 3-də olacaq.

Qeyd edək ki, Bundesliqada 26 turdan sonra "Bavariya" 58 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə Dortmund "Borussiya"sı (54 xal), 3-cü yerdə isə Münhenqladbax "Borussiya"sı (52 xal) qərarlaşıb.