Bundesliqanın yeni bərpa tarixi

Almaniya Bundesliqasında oyunların bərpa tarixi yenidən dəyişdirilib.

Sportline.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Bundesliqa rəhbərliyi çempionatın mayın 15-də bərpa olunmasını planlaşdırsa da, Almaniya kansleri Angela Merkel vaxtın uzadılmasının tərəfdarı olub. Ölkədə daha bir neçə futbolçuda koronavirus pandemiyası aşkarlandığından, Merkel 15 günlük karantin dönəmi tələb edib və Bundesliqanın mayın 22-də bərpa olunmasını istəyib.

Qeyd edək ki, Almaniya Bundesliqası martın 11-də keçirilən XXV turun son matçının ardından dayandırılıb.