"Bundestim"in Bakıya gəliş vaxtı məlum oldu

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniya seçməsinin Bakıya nə vaxt gələcəyi müəyyənləşib. SportLine.az xəbər verir ki, Almaniya Futbol İttifaqının yaydığı məlumatda "Bundestim"in 24 mart, yerli vaxtla saat 14:35-də (Bakı vaxtı ilə 17:35-də) çarter reysi ilə Düsseldorfdan yola düşəcəyi bildirilib.

Komanda ertəsi gün onlar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

Martın 26-ı saat 20:00-da başlanacaq qarşılaşma bitdikdən sonra Almaniya millisi hava limanına gedəcək və gecə saat 02:20-də Frankfurta uçacaq.