Buqrinin durumuna aydınlıq gəldi
“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin bir müddət məşqlərdən kənarda qalacaq.
Sportline.az xəbər verir ki, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Sloveniyanın “Domjale” klubu ilə yoxlama matçında sıradan çıxaraq 36-cı dəqiqədə Ömər Buludovla əvəzlənib.
Qasıq nahiyyəsindəki ağrılar səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olan Burqin bir həftə müalicə olunacaq. Bu haqda Sport24.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Yəni, Sabirin Çempionlar Liqasının II təsnifat mərhələsində Tiflis "Dinamo"suyla görüş öncəsi yenidən komandayla hazırlaşacağı gözlənilir.
Xatrladaq ki, "Neftçi" Gürcüstan çempionu ilə ilk görüşünü iyulun 7-də səfərdə keçirəcək.