Burak Yılmaz cəzalandırılacaq
“Kayserispor”un baş məşqçisi Burak Yılmaz “Trabzonspor”la qarşılaşmada baş verən hadisələrə görə cəzalandırılacaq.
Sportline.az “Türkiyə Futbol Federasiyası”nın rəsmi saytına istinadən xəbər verir ki, buna gənc mütəxəssisin “Trabzonspor”- “Kayserispor” matçında etdiyi hərəkətlər səbəb olub.
Daha dəqiq desək, "Papara Park"da keçirilən və 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonra Burak Yılmazla “bordo-mavili” azarkeşlər arasında gərginlik yaşanıb.
Qeyd edək ki, Burak Yılmaz bu ildən etibarən “Kayserispor”un baş məşçisidir.
Onun komandası Türkiyə Süper Liqasında 3 xalla 15-ci pillədə qərarlaşır.